Bank Of Baku

KXCP-dəki “Demokratik Birlik” fraksiyasının müşavirəsinin vaxtı və yeri açıqlanıb

KXCP-dəki “Demokratik Birlik” fraksiyasının müşavirəsinin vaxtı və yeri açıqlanıb
# 12 oktyabr 2012 12:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) tərkibində fəaliyyət göstərən “Demokratik Birlik” fraksiyasının geniş tərkibli müşavirəsinin vaxtı və yeri ilə bağlı məsələ qətiləşib.

“Demokratik Birlik” fraksiyasından APA-ya verilən məlumata görə, fraksiya üzvlərinin, tərəfdarlarının, müxalifət partiyalarının və ictimai təşkilatların üzvlərinin iştirakı ilə keçiriləcək müşavirə oktyabrın 13-də Müsavat Partiyasının qərargahındakı böyük iclas zalında baş tutacaq. Müşavirədə partiyanın və ölkə müxalifətinin düşdüyü vəziyyət, o cümlədən problemlərdən çıxış yolları müzakirə olunacaq. İclasda müvafiq qərarların qəbul olunması da gözlənilir.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu isə məsələyə ətraflı münasibət bildirməkdən imtina edib. O deyib ki, fraksiyanın müşavirə keçirməsinə Müsavat Partiyasının yer ayırması ilə bağlı mövqeyini açıqlayıb və mövqeyi bəllidir.

Xatırladaq ki, M.Mirəlioğlu bir neçə gün əvvəl APA-ya açıqlamasında bu məsələyə öz münasibətini bildirib: “Biz ərkyana Müsavat Partiyasına mövqeyimizi bildirmişik və hesab edirik ki, bu məsələyə qarışmaq, dəstək vermək doğru deyil və hər birimizə baha başa gələr”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR