Bank Of Baku

Ədalət Yusubov: “13 oktyabr aksiyasının keçirilməməsi barədə qərar konsensusla qəbul olunub”

Ədalət Yusubov: “13 oktyabr aksiyasının keçirilməməsi barədə qərar konsensusla qəbul olunub”
# 15 oktyabr 2012 15:23 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Oktyabrın 13-ə təyin olunan yürüşün keçirilməməsi ilə bağlı qərar Koordinasiya Şurasında konsensusla əldə olunub. Həmin iclasda Koordinasiya Şurasının 17 üzvündən 14 nəfəri iştirak edib. Yəni yürüşün keçirilib-keçirilməməsi ilə bağlı mübahisə yaradan məqam olmayıb”.

Bu açıqlamanı APA-ya İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü Ədalət Yusubov verib. Ə. Yusubov deyib ki, sonuncu aksiyanın keçirilməməsi ilə bağlı KŞ-nın qərarı sessiyasının verdiyi səlahiyyət əsasında atılan addım olub: “İctimai Palatanın üzvü olan bəzi şəxslərin aksiyanın təxirə salınması və ya bunun sessiyada müzakirə edilmədən icra olunmasını narazılıqla qarşılayanları normal qəbul edirəm. Biz hazırlıq işləri tam başa çatdıqdan sonra daha möhtəşəm tədbirin keçirilməsi niyyətindəyik”.

Ə. Yusubov İP KŞ-nın səlahiyyətləri haqqında da danışaraq, qurum üzvlərinin daxili qanunları pozmadığını da qeyd edib: “İctimai Palatanın Koordinasiya Şurası kütləvi siyasi aksiyaların vaxtının müəyyənləşdirilməsində səlahiyyətə malikdir. Daha doğrusu İctimai Palatanın sessiyası bu səlahiyyəti Koordinasiya Şurasına verib. Koordinasiya Şurası kütləvi aksiyalarla bağlı məsələləri müzakirə edib, uyğun qərarlar verə bilər”.

Ə. Yusubov bildirib ki, yürüşün növbəti vaxta keçirilməsi bağlı məsələ İP KŞ-nın oktyabrın 17-də keçirilən yığıncağında müzakirə olunacaq. Kütləvi aksiyanın tarixin müəyyənləşdirilməsi isə sessiyanın gündəliyinə salına bilər. Sessiya isə oktyabrın 27-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR