Bank Of Baku

Milli Məclisdə Rəqabət Məcəlləsi layihəsinin ictimai müzakirəsi keçirilib

Milli Məclisdə Rəqabət Məcəlləsi layihəsinin ictimai müzakirəsi keçirilib
# 15 oktyabr 2012 15:54 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət komitələri üzvlərinin, yerli və beynəlxalq təşkilatların təmsilçilərinin, mütəxəssislərin və ziyalıların iştirakı ilə yeni hazırlanan Rəqabət Məcəlləsi layihəsinin ictimai müzakirəsi keçirilib. APA-nın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, rəqabətə davamlı milli iqtisadiyyatın formalaşması, ölkəmizin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və sivil bazar münasibətlərinin tətbiqi qanunvericiliyin təkmilləşdirilməsini zəruri edir: “Qarşılıqlı münasibətlərin formalaşması nəticəsində ölkəmiz 140-dan çox ölkə ilə iqtisadi əlaqələr qurub. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Bununla yanaşı, davamlı inkişafımızın uzun ömürlülüyünü təmin etmək, dövrün yeni tələblərinə cavab vermək üçün müvafiq hüquqi baza da yeni tələblərə cavab verməlidir”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli son zamanlar Rəqabət Məcəlləsi layihəsinin hazırlanması ilə bağlı görülən işlərin sürətləndirildiyini deyib. O qeyd edib ki, verilən təkliflər ümumiləşdirilərək Milli Məclisin plenar iclasına təqdim olunacaq.
Layihənin ictimai müzakirəsi zamanı yeni hazırlanan Rəqabət Məcəlləsi layihəsinin əhəmiyyətindən söz açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR