Bank Of Baku

Siyavuş Novruzov: “Venesiya Komissiyasına qəti cavab verilməlidir”

Siyavuş Novruzov: “Venesiya Komissiyasına qəti cavab verilməlidir”
# 16 oktyabr 2012 09:38 (UTC +04:00)
O deyib ki, Azərbaycan dünyada dini məsələlərdə hər zaman nümunə kimi göstərilib: "İndi isə Venesiya Komisiyyası “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər təklifi göndərib. Azərbaycanı sanki bir laboratoriyaya çevirmək, hansısa planları həyata keçirmək istəyirlər”.

S. Novruzov bildirib ki, Venesiya Komissiyasının təklifinə görə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda dini fəaliyyətlə məşğul olmağa, dini ayinləri icra etməyə icazə verilməlidir: “Dünyanın heç bir ölkəsində belə bir məsələ yoxdur. Azərbaycandan molla gedib Fransada dini ayin icra edə bilərmi? Dərhal onun haqqında həbs qətimkan tədbiri həyata keçiriləcək. Əgər yaxşıdırsa, bu dəyişiklikləri birinci digər ölkələrdə tətbiq etsinlər".

O, Venesiya Komissiyasının təkliflərinin qərəzli və qəbuledilməz olduğunu vurğulayıb: “Məsələ araşdırılıb, onlara qəti cavab verilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR