Bank Of Baku

Deputatlar Gülər Əhmədova ilə bağlı mətbuatda gedən yazılara münasibət bildiriblər

Deputatlar Gülər Əhmədova ilə bağlı mətbuatda gedən yazılara münasibət bildiriblər
# 16 oktyabr 2012 09:41 (UTC +04:00)
APA-nın məlumatına görə, G. Əhmədovanın adını çəkmədən danışan F. Mustafa deyib ki, bir deputata görə bütün parlamenti hədəfə almaq olmaz: “Biz buna cavab verməliyik. Özləri göstərişlə hərəkət edənlər iddia edirlər ki, guya deputatlara göstəriş verilib ki bu mövzu barədə danışmayaq. Axı kimə göstəriş verilib? Onsuz da bu məsələ ilə bağlı mətbuatda açıqlamalar veririk. Bir millət vəkilinin hərəkətinə görə bütün millət vəkillərinə hörmətsizlik edirlər, parlamentin buraxılmasını tələb edirlər. Belə tələblə çıxış etmək olar. Amma bir millət vəkilinə görə yox. Bir redaktorun nalayiq hərəkətlərinə görə “Azadlıq” qəzeti, yoxsa AXCP fəaliyyətini dayandırdı ki, parlament də buraxılsın?”

Gülər Əhmədova məsələsinə deputat Sahib Alıyev da münasibət bildirib: “Paralmentin qarşısında etiraz etmək istəyirlər. Nəyə etiraz edəcəklər? Ona etiraz edəcəklər ki bir nəfər rüşvətlə deputat olmaq istəsə də, ola bilməyib?”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR