Bank Of Baku

Deputat İqbal Ağazadə parlamentdə Nigar Yaqublunun azadlığa buraxılması məsələsini qaldırıb

Deputat İqbal Ağazadə parlamentdə Nigar Yaqublunun azadlığa buraxılması məsələsini qaldırıb
# 16 oktyabr 2012 10:11 (UTC +04:00)
Bakı-APA. Milli Məclisin iclasında Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun azadlığa buraxılması məsələsini qaldırıb. APA-nın xəbərinə görə, İ. Ağazadə bildirib ki, bir neçə deputat bununla bağlı Abşeron rayon Məhkəməsinə və Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib: “Müraciət olunub ki, Nigar Yaqublu barəsində həbs-qətimkan tədbiri dəyişdirilsin, zaminliyimizə verilsin. Çünki Nigar Yaqublu ağır və ictimai cinayət törətməyib. Amma hakimlər deputatları eşitmədi, bu da məhkəmələrin müstəqil olmadığını göstərir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR