Milli Məclisdə deputatlar arasında mübahisə yaranıb
16 oktyabr 2012 10:15 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Milli Məclisin plenar iclasında «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)» Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar «Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında» qanuna dəyişiklik edilməsi müzakirə olunarkən deputatlar arasında mübahisə düşüb.
APA-nın məlumatına görə, deputat Sabir Rüstəmxanlı millət vəkillərini, ziyalıları cəbhədə əsgərlərlə ünsiyyətdə olmağa çağırıb: “Sanki əsgərlərimiz cəbhədə unudulub. Mən cəbhə bölgəsində oldum, komandiri bir saat tapa bilmədim. Milli Məclisdə komissiya yaradıb, cəbhə bölgəsinə göndərmək lazımdır. Rəsmi səviyyədə orduya diqqət var, ictimaiyyətin də orduya diqqəti artmalıdır”.
YAP-çı deputat Aydın Mirzəzadə isə Sabir Rüstəmxanlının iradları ilə razılaşmayıb: “Əgər hərbi hissəyə gələn qonaq əvvəlcədən məlumat verməyibsə, necə olmalıdır? Ordu haqqında belə təəssürat yaratmaq düzgün deyil. Necə yəni komandiri tapa bilmədim?”
Vitse-spiker Ziyafət Əsgərov da Aydın Mirzəzadəni dəstəkləyib: “Sabir müəllim, siz şairsiniz, Yazıçılar Birliyi qarşısında məsələ qaldırmısınız ki, yazıçılar cəbhəyə getsinlər? Mən çox istərdim ki, yazıçılarımız, sənət adamlarımız, şairlərimiz cəbhəyə getsinlər. Sənət adamları gedir, ancaq mən tanınmış şairlərimizin cəbhə bölgəsinə getməsini eşitməmişəm. Gərək bunu da siz edəsiniz, parlament yox”.

Daxili siyasət
Arif Hacılı Müsavat Məclisinin sədri seçilib, başqanın 6 müavini təyin edilib
16:23
18 may 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
14:12
17 may 2024
Siyasi partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
10:32
17 may 2024
Yaxın günlərdə Ermənistan və Azərbaycan sərhədçiləri sərhədin razılaşdırılmış hissəsində yerləşdiriləcək
00:10
16 may 2024