Bank Of Baku

ABŞ səfirliyində Azərbaycanın bəzi müxalifət partiyalarının sədrləri ilə görüş keçirilib

ABŞ səfirliyində Azərbaycanın bəzi müxalifət partiyalarının sədrləri ilə görüş keçirilib
# 17 oktyabr 2012 15:23 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün müxalifətdə olan 10 partiyanın sədri ilə ABŞ Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar arasında görüş keçirilib.

APA-nın məlumatına görə, görüşdə AXCP, Liberal, Vətəndaş və İnkişaf, Vətəndaş Həmrəyliyi, Açıq Cəmiyyət, Demokrat, Ümid, Müsavat, Liberal Demokrat və Klassik Xalq Cəbhəsi partiyalarının sədrləri iştirak edib.

Görüş ABŞ səfirinin təşəbbüsü ilə keçirilib və tanışlıq xarakteri daşıyıb. Görüşdə ölkədəki ictimai-siyasi proseslər, müxalifət-iqtidar münasibətləri, seçki mühiti, o cümlədən qarşılıqlı maraq doğuran məsələlər müzakirə mövzusu olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR