Bank Of Baku

İctimai Palatanın Koordinasiya Şurasının iclası keçirilib

İctimai Palatanın Koordinasiya Şurasının iclası keçirilib
# 17 oktyabr 2012 15:49 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) iclası keçirilib.

İP KŞ-nın üzvü Ədalət Yusubovun APA-ya verdiyi məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, qərarların icrası və digər cari məsələlər müzakirə olunub. Yığıncaqda Vahid Seçki Platformasının hazırlanmasına dair 11 nəfərdən ibarət tərkib formalaşıb. Yığıncaqda oktyabrın 20-də Fəvvarələr meydanında keçirilməsi nəzərdə tutulan aksiyaya dəstək veriləcəyi də bildirilib.

Toplantıda son vaxtlar mətbuat səhifələrində İP-lə bağlı yer alan yazılara da münasibət bildirilib və qeyd olunub ki, qurum söz və mətbuat azadlığına hörmətlə yanaşır. Bununla yanaşı İP “Yeni Müsavat” və “Azadlıq” qəzetlərini müstəqil mətbu orqanlar kimi dəyərləndirib.

Ə. Yusubov qeyd edib ki, paytaxtın Parlament prospektində keçirilməsi nəzərdə tutulan yürüşlə bağlı İP KŞ-nın həftə sonu növbədənkənar iclasının keçirilməsi də razılaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR