Bank Of Baku

Azərbaycanın müstəqillik günü münasibətilə tədbir keçirilib - FOTO

Azərbaycanın müstəqillik günü münasibətilə tədbir keçirilib - <font color=red>FOTO</font>
# 17 oktyabr 2012 15:56 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktını imzalayan “İstiqlalçı deputatlar” 18 oktyabr - Milli Müstəqillik günü münasibətilə tədbir keçirib.

APA-nın məlumatına görə, Konstitusiya aktının müəlliflərindən olan, keçmiş deputat Hacıbaba Əzimov qeyd olunan günün əhəmiyyətindən, milli şüurun formalaşmasındakı rolundan danışıb. O bildirib ki, dövlət müstəqilliyi günü kimi böyük tarixi günə bu cür laqeydlik başqa ölkədə yoxdur: “Keçmiş sovet respublikalarında dövlət müstəqilliyi günü dövlət səviyyəsində ən yüksək səviyyədə əsas dövlət bayramı olaraq qeyd edirlər. Azərbaycanda isə 18 oktyabrı hətta istirahət günü etmədilər”.

Sabiq deputat, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı əhəmiyyətinə görə, bu günü yalnız 28 may tarixi ilə müqayisə etməyin mümkünlüyünü qeyd edib. Onun sözlərinə görə, istiqlaliyyətimizin əldə edilməsində ən böyük rol Azərbaycan xalqına və Xalq Hərəkatının iştirakçılarına məxsusdur: “Azərbaycan xalqının istiqlaliyyət əldə etməsi digər xalqların da azadlığa çıxmasında əhəmiyyətli rol oynayıb”. A. Hacılı 1988-1993-cü illər ərzində çoxlu sayda demokratik və humanist qanunun yarandığını da diqqətə çatdırıb.

Mərasimdə çıxış edən sabiq deputatlar Müsavat Partiyasının başqanı İsa Qəmbər, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər, AMİP lideri Etibar Məmmədov, Firudin Cəlilov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və digərləri 18 oktyabr Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının əhəmiyyəti və bu sənədin qəbulunda xüsusi rol oynayan insanların dəyərləndirilməsini vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR