KXCP-nin Kürdəmir rayon şöbəsi “Demokratik Birlik” fraksiyasına dəstək verib
20 oktyabr 2012 11:46 (UTC +04:00)
Bakı-APA. KXCP-nin Kürdəmir rayon şöbəsi “Demokratik Birlik” fraksiyasına dəstək verib. Fraksiyanın üzvü Qaya Əliyevin APA-ya verdiyi məlumata görə, bu barədə qərar oktyabrın 11-də rayon şöbəsinin yığıncağında qəbul olunub. Rayon şöbəsinin toplantısının gündəliyində duran əsas məsələlərdən biri KXCP tərkibində yaranmış “Demokratik Birlik” Fraksiyasına münasibət bildirilməsi olub. İclasa sədrlik edən Telman Novruzov çıxışında qeyd edib ki, partiya rəhbərliyinin son zamanlar yeritdiyi siyasət partiyanı milli-demokratik düşərgədən təcrid edib.. KXCP üzvü Hüseynağa Süleymanov bildirib ki, ölkədaxili ictimai-siyasi proseslərdə və İctimai Palatanın fəaliyyətində daha aktiv iştirak etmək üçün son dərəcə əhəmiyyətli bir format olan və bu yolda addımlayan “Demokratik Birlik” fraksiyasının təsis edilməsinə münasibət bildirilməlidir.
Daxili siyasət
İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
20:41
11 may 2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib - FOTO
20:33
11 may 2024
MSK sədri COP29-a görə parlament seçkilərinin irəli çəkilə biləcəyini açıqlayıb
13:26
10 may 2024
Dövlət və hökumət rəsmiləri Ulu Öndərin xatirəsini anıblar
11:02
10 may 2024