Bank Of Baku

İlyas İsmayılov MHP-nin qurultayına dəvət alıb

İlyas İsmayılov MHP-nin qurultayına dəvət alıb
# 22 oktyabr 2012 07:16 (UTC +04:00)
Bakı – APA. Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) keçiriləcək 10-cu qurultayında iştirak edəcək.

Bu barədə APA-ya Ədalət Partiyasının mətbuat xidmətindən məlumat verilib.

İlyas İsmayılov dost partiyanın noyabrın 4-də Ankarada keçiriləcək ali toplantısında iştirak etmək niyyətində olduğunu bildirib. Səfər MHP-nin genel başqanı Dövlət Bağçalının müvafiq dəvəti əsasında baş tutacaq. Səfərdə Ədalət sədrini partiya funksionerləri müşayiət edəcəklər.

Qeyd edək ki, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da Dövlət Bağçalıdan belə bir dəvət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR