Bank Of Baku

KXCP-nin Xətai rayon təşkilatı “Demokratik Birlik” fraksiyasını dəstəkləyib

KXCP-nin Xətai rayon təşkilatı “Demokratik Birlik” fraksiyasını dəstəkləyib
# 22 oktyabr 2012 10:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. KXCP-nin Xətai rayon təşkilatı “Demokratik Birlik” fraksiyasına dəstək verib.

Rayon təşkilatının sədri Rafiq Abdulla APA-ya açıqlamasında bildirib ki, bu barədə qərar oktyabrın 21-də rayon təşkilatının Məclisinin yığıncağında qəbul olunub.

Onun sözlərinə görə, toplantıda gündəlikdə duran əsas məsələlərdən biri KXCP daxilində yaranan vəziyyət və qurumda təsis edilən “Demokratik Birlik” fraksiyasına münasibət bildirilməsi olub.

Aparılan müzakirələrdən sonra təşkilatın Məclisi “Demokratik Birlik” fraksiyasının yaradılmasını və fəaliyyətini təqdir edib. Məclisin iki üzvü isə qərardan narazılıqlarını ifadə ediblər. İclasda partiyanın aktiv fəaliyyətinin və müxalifətdaxili inteqrasiyanın zəruriliyi də vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR