Bank Of Baku

ADP İdarə Heyətinin toplantısı keçirilib

ADP İdarə Heyətinin toplantısı keçirilib
# 22 oktyabr 2012 13:21 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin toplantısı keçirilib.

ADP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Rusiyada yaşayan bir qrup azərbaycanlı tərəfindən Ümumrusiya Azərbaycan Təşkilatı İttifaqının yaradılmasına münasibət bildirib.

İdarə Heyəti partiya üzvlərinin də iştirak etdiyi Fəvvarələr bağında keçirilən etiraz aksiyanın dağıdılmasını pisləyib, həbs edilən gənclərin azadlığa buraxılmasını tələb edib.

İclasda Rusiyanın Azərbaycan və Gürcüstan sərhədlərinə S-300 tipli raketlərin cəmləşdirilməsindən də ciddi narahatlıq ifadə olunub və bu addımları hər iki ölkənin suverenliyinə qarşı hərbi təhdid kimi dəyərləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR