Bank Of Baku

KXCP-nin şöbə sədrlərinin ümumrespublika müşavirəsi çağırılıb

KXCP-nin şöbə sədrlərinin ümumrespublika müşavirəsi çağırılıb
# 23 oktyabr 2012 14:13 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub.

Toplantıda KXCP Ali Məclisinin qərarına uyğun olaraq oktyabr ayının 28-də saat 11:00-da rayon (şəhər) şöbə sədrlərinin ümumrespublika müşavirəsinin keçirilməsi haqqında qərar qəbul edilib. Müşavirə partiyanın İnkişaf Planının müzakirəsinə həsr ediləcək.

Toplantıda KXCP-nin bəyanatı qəbul edilib. Bəyanatda oktyabrın 20-də Bakının mərkəzində keçirilən aksiya zamanı polisin zorakılığı pislənilib.

Toplantıda siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı qəbul olunmuş qanunun ölkədə partiyaların inkişafına yönəlmədiyi bildirilərək pislənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR