Bank Of Baku

Azay Quliyev ABŞ-ın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri ilə görüşüb

Azay Quliyev ABŞ-ın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri ilə görüşüb
# 23 oktyabr 2012 14:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ABŞ-ın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri xanım Fanta Orr ilə görüşüb. Bu barədə APA-ya Şuranın mətbuat xidmətindən məlumat verilib.

Görüşdə diplomata Şuranın yaranması, fəaliyyəti və gələcək planları, həmçinin Şura tərəfindən hazırlanmış yeni qanun layihələri və bu layihələrdə vətəndaş cəmiyyəti institutlarının iştirakı barədə məlumat verib.

A.Quliyev qeyd edib ki, Şura yarandığı vaxtdan indiyədək 1500-dən artıq QHT layihəsini maliyyələşdirib və bunun üçün 10 mln. manatdan artıq dövlət vəsaiti ayrılıb. Maliyyə müsabiqələrinə təqdim edilən layihələrdə əsasən sosial problemlərin, demokratiya və insan hüquqları, ekologiya və ətraf mühitin mühafizəsi, qaçqın və köçkünlərlə bağlı bir sıra məsələlərin üstünlük təşkil edib.

Daha sonra F.Orr razılaşdırılmamış mitinqlərdə iştiraka görə tətbiq olunan cərimələrin məbləğinin artırılması və bunun sərbəst toplaşma azadlığına təsiri barədə Şura sədrinin fikirlərini soruşub. A.Quliyev bu dəyişikliklərin heç bir halda sərbəst toplaşma azadlığını məhdudlaşdırmayacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR