Bank Of Baku

Zabrat – Maştağa – Buzovna və Zabrat – Kürdəxanı – Pirşağı avtomobil yollarının yenidən qurulmasına 5 milyon manat ayrılıb

Zabrat – Maştağa – Buzovna və Zabrat – Kürdəxanı – Pirşağı avtomobil yollarının yenidən qurulmasına 5 milyon manat ayrılıb
# 24 oktyabr 2012 16:23 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, sərəncama əsasən, iki yüz min nəfərə yaxın əhalinin yaşadığı Zabrat, Maştağa, Pirşağı, Kürdəxanı, Buzovna, Bilgəh qəsəbələrini Bakı şəhəri ilə birbaşa birləşdirən Zabrat – Maştağa – Buzovna və Zabrat – Kürdəxanı – Pirşağı avtomobil yollarının I texniki dərəcəli standartlara uyğun yenidən qurulması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə 5,0 (beş) milyon manat ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR