Bank Of Baku

KXCP rayon şöbə sədrlərinin respublika müşavirəsi keçirilib

KXCP rayon şöbə sədrlərinin respublika müşavirəsi keçirilib
# 29 oktyabr 2012 15:01 (UTC +04:00)
Bakı. Etibar Məmmmədov - APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) rayon (şəhər) şöbə sədrlərinin respublika müşavirəsi keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, KXCP sədri Mirmahmud Mirəlioğlunun sədrliyi ilə keçirilən müşavirədə ölkədəki ictimai-siyasi vəziyyət və partiyanın İnkişaf Planına uyğun olaraq seçkilərlə bağlı rayon (şəhər) şöbələrinin fəaliyyət istiqamətləri müzakirə edilib.

KXCP Ali Məclisinin sədri Bəybala Əbil İnkişaf Planında seçkilərlə bağlı
rayon (şəhər) şöbələrinin fəaliyyət istiqamətlərini əks etdirən sənəd layihəsini müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Rayon (şəhər) şöbələrinin rəhbərləri yerlərdə seçkilərə hazırlığın vəziyyəti ilə bağlı məlumat verib və təkliflərlə çıxış ediblər. Müzakirənin nəticəsi olaraq təkliflər nəzərə alınmaqla qəbul olunmuş layihənin partiyanın Ali Məclisinə təqdim olunması qərara alınıb.

Müşavirənin sonunda çıxış edən KXCP sədri M.Mirəlioğlu seçkilərin partiyanın İnkişaf Planında əsas fəaliyyət istiqamətlərindən biri olduğunu, rayon (şəhər) şöbələrinin təşkilatlanma işini buna uyğun inkişaf etdirilməsini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR