Bank Of Baku

BŞİH Demokratik Qüvvələrin Məşvərət Məclisinin aksiya ilə bağlı müraciətini cavablandırıb

BŞİH Demokratik Qüvvələrin Məşvərət Məclisinin aksiya ilə bağlı müraciətini cavablandırıb
# 31 oktyabr 2012 13:41 (UTC +04:00)
Məşvərət Məclisinin üzvü, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanın APA-ya verdiyi məlumata görə, BŞİH aksiyanın müraciətdə göstərildiyi kimi Azadlıq və Füzuli meydanlarında, Səməd Vurğun bağı, Nərimanov kinoteatrı və Təbriz kinoteatrının qarşısında keçirilməsini məqsədəuyğun saymayıb. Paytaxt rəhbərliyi bunun əvəzində aksiyanın Bibiheybət qəsəbəsi, 20-ci sahə yaşayış massivi, Elçin Əzizov küçəsində yerləşən Sürücülük Məktəbinin həyətindəki meydançada keçirilməsini təklif edib.

Ə. Temirxan bildirib ki, təmsil etdiyi qurum Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdə aksiya keçirməyəcək. Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) İdarə Heyətinin üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc isə APA-ya açıqlamasında bu cavabdan sonra atılacaq müvafiq addımların DQMM-in toplantısında müzakirə edəcəklərini deyib.

Qeyd edək ki, Məşvərət Məclisi Bakı şəhər icra hakimiyyətindən demokratik seçkilərin keçirilməsi, Seçki Məcəlləsinə dəyişikliklər, ölkədə demokratik mühitin yaradılması, rüşvət və korrupsiyaya son qoyulması tələbləri ilə aksiya keçirmək üçün yer ayrılmasını istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR