Bank Of Baku

Fazil Mustafa “Azadlıq” qəzeti ilə bağlı ABŞ səfirliyinə müraciət edib

Fazil Mustafa “Azadlıq” qəzeti ilə bağlı ABŞ səfirliyinə müraciət edib
# 02 noyabr 2012 09:11 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Milli Məclisin plenar iclasında BQP sədri Fazil Mustafa “Diffamasiya haqqında” qanunun qəbulunun vacibliyinə toxunub. APA-nın məlumatına görə, o bildirib ki, mətbuatda hələ də təhqirlər, böhtanlar yer alır: “Xüsusilə “Azadlıq” qəzetini qeyd etmək istəyirəm. Mən bu qəzetlə bağlı Mətbuat Şurasına yox, ABŞ-ın Azərbaycandakı səfirliyinə müraciət etmişəm. Müraciət etdim ki, yetişdirdiyiniz uşaqlara tərbiyə verin. Axı bir deputata görə bütün Milli Məclisi hədəfə almaq olmaz…”

MM-in sədri Oqtay Əsədov F. Mustafanın dediklərində həqiqət olduğunu bildirib. O deyib ki, bəzi KİV-lər böhtan yağdırmaqla məşğuldur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR