Bank Of Baku

Oqtay Əsədov: “Azərbaycana heç kim təzyiq edə bilməz”

Oqtay Əsədov: “Azərbaycana heç kim təzyiq edə bilməz”
# 02 noyabr 2012 09:27 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin növbəti plenar sessiyasında ölkə mətbuatında gedən bəzi yazıların mövzusu müzakirə edilib. APA-nın xəbərinə görə, MM-in sədri Oqtay Əsədov bununla bağlı parlamentin mətbuat xidmətinə göstəriş verəcəyini deyib.

O. Əsədov deyib ki, Azərbaycana təzyiq etmək istəyən qüvvələr var: “Amma Azərbaycana heç kim təzyiq edə bilməz”.

Deputat Zahid Oruc və Etibar Hüseynov da F. Mustafanın və MM sədrinin dediklərini dəstəkləyib.

Siyavuş Novruzov isə deyib ki, Azərbaycanın qüdrəti artdıqca təzyiqlər də artır: “Yatıb-yatıb ayılıblar ki, onların sərbəst toplaşmaq hüququ var”.

S. Novruzov hazırda yağan yağışa işarə edərək deyib ki, müxalifətin aksiyasını cəmiyyət kimi Allah da istəmir. O deyib ki, parlamentin əleyhinə yazan KİV-in müxbirlərinin MM-də akkreditasiyası ləğv olunmalıdır: “Nə vaxt düzələrlər, onda da yenidən akkreditasiya olunanlar”.

Deputat İqbal Ağazadə isə deyilənlərlə razılaşmayıb: “Mənim də haqqımda iqtidar qəzetləri təhqir yazıb. Amma mən o qəzetlərlə bağlı bu cür danışmamışam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR