Bank Of Baku

Demokratik Qüvvələrin Məşvərət Məclisi piket və mitinqlə bağlı BŞİH-ə müraciət edib

Demokratik Qüvvələrin Məşvərət Məclisi piket və mitinqlə bağlı BŞİH-ə müraciət edib
# 02 noyabr 2012 11:09 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Demokratik Qüvvələrin Məşvərət Məclisi (DQMM) piket və mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.

DQMM-nın üzvü, Azadlıq Partiyasının sədri Əhməd Orucun APA-ya verdiyi məlumata görə, paytaxt rəhbərliyinə ünvanlanan məktubda Məşvərət Məclisi noyabrın 7-də saat 12.00-da BŞİH-nin binası qarşısında, noyabrın 10-da saat 16.00-dan 18.00-dək isə Azadlıq, Füzuli meydanlarında, Səməd Vurğun bağı, Nərimanov və Təbriz kinoteatrlarının qarşısında mitinq keçirmək üçün şərait yaradılmasını istəyib.

Qeyd edək ki, piket və mitinqin keçirilməsi ilə bağlı qərar Demokratik Qüvvələrin Məşvərət Məclisinin ötən gün keçirilən növbədənkənar yığıncağında qəbul olunub. Aksiyalar ölkədə demokratik seçkilərin keçirilməsi, Seçki Məcəlləsinə dəyişikliklər, ölkədə demokratik mühitin yaradılması, rüşvət və korrupsiyaya son qoyulması tələbləri ilə keçiriləcək.

Buna səbəb qurumun noyabrın 3-nə təyin etdiyi mitinqin keçirilməsinə icazə verməməsidir. Paytaxt rəhbərliyi bunun əvəzində aksiyanın Bibiheybət qəsəbəsi, 20-ci sahə yaşayış massivi, Elçin Əzizov küçəsində yerləşən Sürücülük Məktəbinin həyətindəki meydançada keçirilməsini təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR