Bank Of Baku

Azərbaycanda sərxoş sürücülərə qarşı sanksiyalar sərtləşdirilir - YENİLƏNİB

Azərbaycanda sərxoş sürücülərə qarşı sanksiyalar sərtləşdirilir - <font color=red>YENİLƏNİB</font>
# 02 noyabr 2012 11:47 (UTC +04:00)
APA-nın məlumatına görə, yeni dəyişikliklər yol-hərəkəti qaydaları pozanlarla bağlıdır. Belə ki, sürücülərə bağlı sanksiyalar sərtləşdiriləcək və cərimələrin bir neçə dəfə artırılması nəzərdə tutulub.

Beləliklə, qanunla müəyyən edilmiş hallarda aparılması nəzərdə tutulan sərxoşluq vəziyyətinin müayinəsindən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin boyun qaçırmasına görə nəqliyyat vasitəsinin idarə edilməsi hüququ 1 ildən 2 ilədək müddətinə məhdudlaşdırılmaqla, 300 manatdan 700 manatadək miqdarda cərimə ediləcək və ya nəqliyyat vasitəsinin idarə edilməsi hüququ 1 ildən 2 ilədək müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək inzibati həbs tətbiq olunacaq.

Qanunla müəyyən edilmiş hallarda aparılması nəzərdə tutulan sərxoşluq vəziyyətinin müayinəsindən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin boyun qaçırmasına görə 500 manatdan 800 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək inzibati həbs tətbiq olunur.

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirələr başa çatdıqdan sonra səsverməyə çıxarılaraq, qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR