Bank Of Baku

ACP və Demokratik Qüvvələrin Məşvərət Məclisi bəyanat yayıb

ACP və Demokratik Qüvvələrin Məşvərət Məclisi bəyanat yayıb
# 05 noyabr 2012 13:42 (UTC +04:00)
Bakı. Etibar Məmmədov-APA. Bu gün Açıq Cəmiyyət Partiyası (ACP) Sumqayıtda baş tutmayan toplantı ilə bağlı mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, konfransda çıxış edən ACP sədri Sülhəddin Əkbər bildirib ki, noyabrın 4-də partiya Klassik Xalq Cəbhəsi Partiyasının Sumqayıt şəhər təşkilatının qərargahında ACP-nin yerli təşkilatının konfransını keçirmək istəyiblər. Lakin konfransın qarşısı alınıb. O, özü və bir neçə ACP funksionerinin, həmçinin AXCP və KXCP Sumqayıt şəhər təşkilatlarının sədrlərinin heç bir əsas olmadan saxlanaraq polis şöbəsinə aparıldığını deyib: “Bizə bildirdilər ki, konfrans keçirmək istədiyimiz yerdə qaz sızması var və partlayış ola bilər. Bu səbəbdən bizim konfransın qarşısı alındı. Halbuki belə bir təhlükə yox idi”.

S. Əkbər qeyd edib ki, ACP siyasi fəaliyyətini qanunlar və Konstitusiya çərçivəsində davam etdirəcək.

Sonda ACP baş vermiş hadisə ilə əlaqədar bəyanat yayıb. Bəyanatda ACP-nin Sumqayıt şəhərində keçirilən konfransına polis müdaxiləsi, ACP fəallarının, həmçinin digər müxalifət partiyalarının nümayəndələrinin saxlanması pislənib.

Demokratik Qüvvələrin Məşvərət Məclisi də olayı pisləyən bəyanat yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR