Bank Of Baku

YAP icra katibinin müavini: “2013-cü il prezident seçkilərində YAP-ın namizədi İlham Əliyev çox böyük uğurla qələbə qazanacaq”

YAP icra katibinin müavini: “2013-cü il prezident seçkilərində YAP-ın namizədi İlham Əliyev çox böyük uğurla qələbə qazanacaq”
# 05 noyabr 2012 15:46 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Yeni Azərbaycan Partiyası gələcəyə çox böyük nikbinliklə baxır”. APA-nın xəbərinə görə, bunu YAP-ın saytına açıqlamasında partiyanın icra katibinin müavini Mübariz Qurbanlı deyib. O bildirib ki, YAP hələ bundan sonra da prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan dövlətçiliyinə, milli tərəqqimizə xidmət edəcək: “Əldə edilən uğurlar qətiyyətlə belə bir fikir söyləməyə əsas verir ki, 2013-cü il prezident seçkilərində YAP-ın namizədi İlham Əliyev çox böyük uğurla qələbə qazanacaq. Partiya fəalları qarşısında YAP-ın Sədri, Prezident İlham Əliyev "Mən partiyanın inkişafı üçün, partiya quruculuğu üçün məsuliyyəti dərk edirəm, Heydər Əliyevdən sonra partiyaya rəhbərlik etmək böyük şərəfdir" deyib və partiya üzvlərinə xitabən – "Yeni Azərbaycan Partiyasının bayrağını uca tutun!" söyləyib. Yaranmasının 20-ci ildönümünü qeyd edən Yeni Azərbaycan Partiyasının çoxminli üzvləri bu çağırışa həmişə əməl edəcəklər. Əminliklə demək olar ki, Heydər Əliyev yoluna sadiq olan Yeni Azərbaycan Partiyası dövlətçilik naminə, Azərbaycanın maraqları naminə fəaliyyətini daha da gücləndirəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR