Bank Of Baku

Azərbaycan Milli Məclisində 2013-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi başlayıb

Azərbaycan Milli Məclisində 2013-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi başlayıb
# 06 noyabr 2012 11:14 (UTC +04:00)
APA-nın məlumatına görə, MM-in 5 komitəsinin - Təhlükəsizlik və müdafiə, İqtisadi siyasət, Təbii ehtiyatlar və energetika, Aqrar siyasət və Sosial siyasət komitələrinin birgə iclasında parlament rəhbərliyi ilə yanaşı, hökumət üzvləri də iştirak edirlər.

İclasa MM-in sədrinin birinci müavini Ziyafət Əsgərov, sədrin digər müavini Valeh Ələsgərov, MM-in komitə sədrləri, deputatlar, maliyyə naziri Samir Şərifov, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov, həmçinin Dövlət Neft Şirkətinin, müdafiə və daxili işlər nazirliklərinin yüksək vəzifəli şəxsləri qatılıblar.

İclasda çıxış edən MM-in iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə layihə haqqında məlumat verib. S. Şərifov isə layihənin qeyri-neft sektorunun və digər sahələrin inkişafına yönəldiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR