Bank Of Baku

Almaniyanın beyin mərkəzlərinin nümayəndələri Demokratik İslahatlar Partiyasında olub

Almaniyanın beyin mərkəzlərinin nümayəndələri Demokratik İslahatlar Partiyasında olub
# 10 noyabr 2012 07:33 (UTC +04:00)
Bakı-APA. Almaniyanın bir sıra universitetlərinin və beyin mərkəzlərinin aparıcı mütəxəssislərindən ibarət nümayəndə heyəti Demokratik İslahatlar Partiyasını ziyarət edib. Onlar partiyanın nəzdində beyin mərkəzi olaraq fəaliyyət göstərən «İntellektuallar qrupu»nun üzvləri ilə görüşüblər. Görüşdə DİP-in fəaliyyəti, Ermənistan-Azərbaycan münaqişəsi, ölkə və regiondakı ictimai-siyasi vəziyyət, enerji təhlükəsizliyi, ekologiya və təhsil sahəsindəki problemlər müzakirə olunub. Qonaqlara DİP-in beyin mərkəzinin araşdırmaları, keçirdiyi tədbirlər, hökumətə və ictimaiyyətə təqdim etdiyi hesabat və təkliflər, partiyanın əməkdaşlıq etdiyi və üstünlük verdiyi beyin mərkəzləri, ölkədəki ümumi vəziyyət barədə məlumat verilib.

DİP nümayəndələri Münhen Universitetinin professoru Stepan Stetter, Robert Boş Fondunun proqram direktoru Stefan Meister, Freie Universitetindən dr.Behrooz Abdolvand, Greifsvald Universitetinin Siyasi elmlər və kommunikasiyalar institutunun professoru Marqit Bussman və digər qonaqları maraqlandıran suallara ətraflı cavab veriblər. Alman mütəxəssisləri daha çox Qarabağ münaqişəsinin həlli yolları, internet azadlığı və bloggerlik fəaliyyətinə maneələr, həmçinin Xəzərin ekoloji durumu barədə suallar maraqlandırıb. Sonda Almaniya nümayəndə heyəti DİP-in nəzdindəki və həmçinin dəstəklədiyi beyin mərkəzləri ilə əməkdaşlıqda xüsusilə maraqlı olduqlarını vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR