Bank Of Baku

DQMM Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib

DQMM  Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib
# 10 noyabr 2012 10:04 (UTC +04:00)
Bakı. Etibar Məmmədov-APA. Demokratik Qüvvələrin Məşvərət Məclisi (DQMM) Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verib.

DQMM-nın üzvü, Azadlıq Partiyasının sədri Əhməd Orucun APA-ya verdiyi məlumata görə, buna səbəb BŞİH-in sərbəst toplaşma haqqında qanuna zidd olaraq Məşvərət Məclisinin kütləvi aksiyalar keçirməyinə məhdudiyyətlər qoymasıdır: “Bizim tələb etdiyimiz yerlər şəhərin mərkəzində, meydanlarda aksiya üçün icazə verilmir. Aksiyanın şəhərdən kənarda keçirilməsi nümayişin fəlsəfəsinə ziddir. Buna əsaslanaraq, məhkəmədən Bakı Şəhər İcra Hakimiyyətinin qanuna zidd əməllərini ləğv etməsi və bizə həqiqi meydanların birində aksiya keçirilməsinə şərait yaradılmasını tələb edirik”.

DQMM üzvü, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan isə APA-ya bildirib ki, BŞİH-lə bağlı noyabrın 7-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunub. Onun sözlərinə görə, məhkəmədən müraciətə noyabrın 12-də baxılacağı haqqında məlumat veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR