Bank Of Baku

Milli Məclisin spikeri Oqtay Əsədov Rumıniyada rəsmi səfərdədir

Milli Məclisin spikeri Oqtay Əsədov Rumıniyada rəsmi səfərdədir
# 19 dekabr 2006 10:51 (UTC +04:00)
Milli Məclisin spikeri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Buxarestə rəsmi səfərə gedib. Azərbaycanın Rumıniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər Rumıniya Senatının sədri Nikolaye Vokaroyenin dəvəti ilə gerçəkləşib. Səfər çərçivəsində Oqtay Əsədov Rumıniya Senatının sədri Nikolaye Vokaroye, Deputatlar Palatasının sədri Boqdan Altyano, Senat sədrinin müavini Aleksandr Perişlə görüşüb. Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb. Görüşdən sonra nümayəndə heyəti Buxarestin mərkəzi parkında Heydər Əliyevin büstünü ziyarət ediblər. Günün ikinci yarısında Oqtay Əsədov Rumıniya baş nazirinin birinci müavini Bell Markoillə görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ətrafında söhbət açılıb, Oqtay Əsədov işğal olunmuş Azərbaycan torpaqlarından qaçqın düşmüş soydaşlarımızın problemləri barədə Bell Markoili məlumatlandırıb. Bell Markoil Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını bildirib. Milli Məclisin nümayəndə heyətinin səfər proqramına Rumıniya Senatında, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətində, Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatasında, Rumıniya-Azərbaycan Gənclər Assosiasiyasında görüşlər daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR