Bank Of Baku

YAP-ın rayon təşkilatlarının konfransları fevralın sonuna kimi başa çatacaq

YAP-ın rayon təşkilatlarının konfransları fevralın sonuna kimi başa çatacaq
# 10 yanvar 2007 11:44 (UTC +04:00)
2006-cı ilin noyabr-dekabr ayı ərzində Yeni Azərbaycan Partiyasının (YAP) 45 rayon təşkilatında hesabat-seçki konfransı keçirilib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib. Onun sözlərinə görə, bu konfranslar partiyanın nizamnaməsinə uyğun olaraq keçirilir və qurultaya hazırlıq xarakteri daşımır. H. Paşayev sabahdan başlayaraq partiyanın digər rayon-şəhər təşkilatlarında konfransların başlayacağını qeyd edib. Onun sözlərinə görə, konfransların fevralın sonuna kimi başa çatdırılması nəzərdə tutulub. Bu müddətdə konfrans keçirməmiş daha 40 rayon təşkilatında hesabat-seçki konfransıları keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR