Bank Of Baku

Akif Şahbazov: “Müxalifət mövcudluğunu qoruyub saxlaya bilsə, böyük işdir”

Akif Şahbazov: “Müxalifət mövcudluğunu qoruyub saxlaya bilsə, böyük işdir”
# 10 yanvar 2007 13:33 (UTC +04:00)
“Hazırda müxalifət partiyaları siyasi böhran keçirirlər. Onlar mövcudluqlarını qoruyub saxlaya bilsələr, bu, böyük iş hesab oluna bilər”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyası (ADP) Ali Məclisinin sədri Akif Şahbazov bildirib. Müxalifətin illərdir böhrandan çıxış yolu tapa bilmədiyini deyən A. Şahbazov bu düşərgənin siyasi proseslərə ciddi təsir etmək imkanının olmadığını vurğulayıb: “Fakt bundan ibarətdir. Müxalifət partiyaları arasında münaqişə dayanmalıdır və onlar bir araya gəlməlidirlər. Bu vaxta qədər aparılan mübarizə ilə heç nəyə nail ola bilməmişiksə, deməli, daha yaxşı fəaliyyət göstərmək lazımdır. Müxalifətin fəallığı üçün stimul verən faktorlar yaranmalıdır ki, belə faktorlar hələ görünmür. Mən əsasən xarici faktorları nəzərdə tuturam”. A. Şahbazov müxalifətin və ADP-nin vəziyyətindən asılı olmayaraq, partiyadan getmək fikrində olmadığını bəyan edib.
ADP təşkilat şöbəsinin müdiri Həsrət Rüstəmov da müxalifətin durumunun gərgin olduğunu bildirib. Müxalifətin vəziyyətdən çıxmaq üçün yol tapa bilmədiyini söyləyən H. Rüstəmov bu şəkildə fəaliyyəti davam etdirməyi mümkünsüz sayır: “Biz ya fəaliyyət istiqamətlərində yenilik etməli və daha effektli iş görməliyik, ya da bu fəaliyyəti dayandırmalıyıq”. H. Rüstəmov müxalifətin böhranla üzləşməsində partiyalarla bərabər hakimiyyətin və cəmiyyətin də günahı olduğunu deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR