Bank Of Baku

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Küveytə rəsmi səfər edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Küveytə rəsmi səfər edəcək
# 10 yanvar 2007 13:51 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 20-21-də Küveytdə rəsmi səfərdə olacaq. Bu barədə APA-ya Xarici İşlər Nazirliyi Mətbuat və İnformasiya Siyasəti İdarəsinin 1-ci katibi Xəzər İbrahim verib. E.Məmmədyarov Küveytdə həmkarı və digər rəsmilərlə iki ölkə arasında mövcud münasibətlərin səviyyəsi, regiondakı vəziyyət, İslam Konfransı Təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Küveytdən Moskvaya gedəcək və orada ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Ermənistanın xarici işlər naziri Vardan Oskanyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti danışıqlar aparacaq.
Qeyd edək ki, nazirlər dekabrın 5-də Brüsseldə keçirilən ATƏT-in xarici işlər nazirlərinin illik konfransı çərçivəsində görüşməli idi, lakin iş qrafiki buna imkan verməmişdi. Bu, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Robert Köçəryanın Minskdə Dağlıq Qarabağın nizamlanmasına dair apardıqları danışıqlardan sonra ilk görüş olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR