Bank Of Baku

“Azərbaycanda enerji daşıyıcılarının qiymətlərinin artması və bunun sosial hüquqlara təsiri” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycanda enerji daşıyıcılarının qiymətlərinin artması və bunun sosial hüquqlara təsiri” mövzusunda dəyirmi masa keçirilib
# 10 yanvar 2007 14:47 (UTC +04:00)
İnsan Haqları Monitorinq Qrupu “Azərbaycanda enerji daşıyıcılarının qiymətlərinin artması və bunun sosial hüquqlara təsiri” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, politoloqlar və hüquq müdafiəçiləri iştirak ediblər. Hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib ki, yanacağın, elektrik enerjisinin, kommunal və digər xidmət növlərinin qiymətlərinin artırılması barədə Tarif Şurasının qərarı əhalinin sosial-iqtisadi durumu nəzərə alınmadan qəbul olunub. İqtisadçı ekspert Qubad İbadoğlu isə bahalaşmanın məqsədli şəkildə həyata keçirildiyini deyib. O, kimlərinsə bu yolla vətəndaşların cibindəki sərbəst vəsaitləri çıxarmaq istədiyini qeyd edib və hökumətin bu qərarla qeyri-neft sektoruna zərbə vurduğunu bildirib. Ölkədə qiymət artımının mütəmadi şəkildə olacağını deyən millət vəkili Pənah Hüseyn isə təşkilatlanmağın zəruriliyini vurğulayıb: “Qiymətlərin qalxması sosial cinayət aktıdır. Mən Milli Böhran Qrupunun yaradılmasını təklif edirəm. Yalnız bu yolla ictimai müqavimət təşkil oluna bilər”. İştirakçılar tədbirin sonunda bəyanat qəbil ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR