Bank Of Baku

Serbiyanın xarici işlər naziri Vuk Draşkoviç: “Belqrad Ermənistana silah satmamalıdır”

Serbiyanın xarici işlər naziri Vuk Draşkoviç: “Belqrad Ermənistana silah satmamalıdır”
# 10 yanvar 2007 15:00 (UTC +04:00)
“Ermənistana silah satmaq Serbiya hökumətinin işidir. Biz bu məsələyə yalnız siyasi qiymət verə bilərik, lakin bu qiymət heç nəyi dəyişdirməyəcək. Biz dəfələrlə bəyan etmişik ki, ATƏT Dağlıq Qarabağ münaqişəsi səbəbilə Azərbaycan və Ermənistana silah satışına embarqo qoyub. Bundan başqa BMT Təhlükəsizlik Şurasının 8153 saylı qətnaməsində dünya ölkələrinə Azərbaycan və Ermənistana silah satmamaq tövsiyə olunur”. Serbiyanın xarici işlər naziri bildirib ki, ABŞ hökumətinin embarqo qərarını pozan hökumətlərlə əməkdaşlığı qadağan edən qərarı var. “Kraquevaçe silah zavodu ABŞ-a silah satışından ildə 20 milyon dollar gəlir əldə edir. Buna görə də biz Ermənistana 2 milyon dollarlıq silah satmaqla bu gəliri risk altına qoyuruq. Digər tərəfdən mən hesab edirəm ki, hökumət silah sənayesinin itkilərini kompensasiya etməlidir”. Draşkoviç bildirib ki, əgər prezident Ermənistana silah satışına razılıq versə, o zaman Serbiya BMT qətnamələri və ATƏT embarqosunu nə üçün pozduğunu bu qurumlara izah etməli olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR