Bank Of Baku

AMİP kütləvi aksiyalar keçirməyə qərar verib

AMİP kütləvi aksiyalar keçirməyə qərar verib
# 17 yanvar 2007 14:03 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) 20 Yanvar faciəsinin ildönümündən sonra kütləvi aksiyalar keçirmək niyyətindədir. Bu barədə APA-ya partiyanın sədri Ayaz Rüstəmov məlumat verib. Onun sözlərinə görə, aksiyaların keçirilməsi ilə bağlı qərar partiyanın Mərkəzi Şurasının iclasında qəbul olunub. Digər müxalifət partiyalarının keçirəcəyi mitinqləri dəstəklədiklərini bildirən A. Rüstəmov partiya üzvlərinin bu aksiyalara qatılacaqlarını qeyd edib. AMİP sədri müxalifətin birgə aksiyalar keçirməsini vacib sayıb: “Biz birgə aksiyaların keçirilməsi üçün partiyaların müzakirələr aparmasının tərəfdarıyıq. Bu istiqamətdə bizdən tələb olunan addımları atmağa hazırıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR