Bank Of Baku

Səməd Seyidov: “Azərbaycanın öhdəlikləri ilə bağlı məsələnin AŞPA-nın hansı sessiyasında müzakirə ediləcəyinin bizim üçün əhəmiyyəti yoxdur”

Səməd Seyidov: “Azərbaycanın öhdəlikləri ilə bağlı məsələnin AŞPA-nın hansı sessiyasında müzakirə ediləcəyinin bizim üçün əhəmiyyəti yoxdur”
# 17 yanvar 2007 14:04 (UTC +04:00)
“Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəlikləri ilə bağlı məsələnin Parlament Assambleyasının hansı sessiyasında müzakirə ediləcəyi Azərbaycan üçün əhəmiyyətli deyil”. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu sözləri AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelin Azərbaycanın öhdəlikləri ilə bağlı məsələnin aprel sessiyasında yox, iyun sessiyasında müzakirə ediləcəyi barədə söylədiklərinə münasibət bildirərkən deyib. S. Seyidov APA-ya açıqlamasında Monitorinq Komitəsinin yanvar sessiyası çərçivəsində keçiriləcək islasında öhdəliklərin yerinə yetirilməsinə dair hesabatla çıxış edəcəyini bildirib. Onun sözlərinə görə, Azərbaycan fevralda quruma rəsmi cavab göndərəcək, martda isə Monitorinq Komitəsində müzakirələr aparılacaq: “Məsələ yay sessiyasının gündəliyinə salınarsa, deməli, bizim daha yaxşı hazırlaşmağa vaxtımız olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR