Bank Of Baku

Səfər Əbiyev Dubayda keçiriləcək beynəlxalq hərbi sərgidə iştirak edəcək

Səfər Əbiyev Dubayda keçiriləcək beynəlxalq hərbi sərgidə iştirak edəcək
# 05 fevral 2007 16:11 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri Səfər Əbiyev 18-22 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək İDEC (İnternational Defense Exhibition Conference) hərbi sərgisində iştirak edəcək. Bu barədə APA-ya Azərbaycanın BƏƏ-dəki səfiri Eldar Səlimov məlumat verib. Onun sözlərinə görə, nazir səfər çərçivəsində BƏƏ-nin vitse-prezidenti, baş naziri, müdafiə naziri, Baş Qərargah rəisi, həmçinin Dubay şeyxi ilə görüşəcək. E. Səlimov bildirib ki, İDEC sərgisi dünyada ən nüfuzlu hərbi sərgilərdən biridir və iki ildən bir keçirilir. Azərbaycan sərginin ənənəvi iştirakçılarından biridir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR