Bank Of Baku

Sərdar Cəlaloğlu ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri seçilib

Sərdar Cəlaloğlu ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri seçilib
# 05 fevral 2007 16:15 (UTC +04:00)
Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) IX qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Təşkilati məsələlərin müzakirəsi zamanı ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu Təşkilat Komitəsinə sədr, Həsrət Rüstəmov, Yaqub Abbasov və Taliyət Əliyev sədr müavinləri, Nurəddin İsmayılov isə katib seçilib. İclasda TK-nın Əsasnaməsi, reqlamenti, rayon təşkilatlarında konfransların keçirilməsinə və qurultaya nümayəndələrin seçilməsinə dair təlimatlar təsdiq olunub. TK həmçinin partiyanın Ali Məclisinin iqtidarla dialoqun başlaması ilə bağlı qərarla əlaqədar cəmiyyətdə ciddi müzakirələrin getməsini təqdirəlayiq hal kimi qiymətləndirilib. Bəzi qəzetlərin və ayrı-ayrı şəxslərin isə bu qərarı yanlış şərh etmək cəhdlərinin olduğu və ya ADP-yə, onun rəhbər şəxslərinə ləkə yaxan, qəzetçiliyə yaraşmayan təhqirlərə yol verilməsi pislənilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR