Bank Of Baku

NATO Parlament Assambleyasının yaz sessiyasında Cənubi Qafqazdakı vəziyyətlə bağlı məruzənin müzakirəsi təxirə salınıb

NATO Parlament Assambleyasının yaz sessiyasında Cənubi Qafqazdakı vəziyyətlə bağlı məruzənin müzakirəsi təxirə salınıb
# 07 may 2007 15:23 (UTC +04:00)
APA-nın bildirdiyinə görə, bu barədə Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov məlumat verib. Z. Əsgərovun sözlərinə görə, artıq məruzə hazırdır və sənəd NATO PA-ya təqdim olunub: “Müzakirələrin təxirə salınması mayın 12-də Ermənistanda keçirilən parlament seçkiləri ilə əlaqədardır. Bu məsələnin müzakirəsi payız sessiyasına qalıb”.
Z.Əsgərovun sözlərinə görə, sessiyada Azərbaycanla bağlı hər hansı məsələnin müzakirəsi nəzərdə tutulmur.
Qeyd edək ki, NATO PA-nın yaz sessiyası mayın 25-29-da Portuqaliyada, payız sessiyası isə oktyabrda İslandiyada keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR