Bank Of Baku

ASDP Dağlıq Qarabağ probleminin həlli üçün milli birlik ideyası ilə çıxış edib

ASDP Dağlıq Qarabağ probleminin həlli üçün milli birlik ideyası ilə çıxış edib
# 08 may 2007 13:58 (UTC +04:00)
Azərbaycan Sosial-Demokrat Partiyası (ASDP) Dağlıq Qarabağ probleminin həll olunması üçün milli birlik ideyası ilə çıxış edib. ASDP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı mayın 26-da ASDP qərargahında “Qarabağ ətrafında birləşək” mövzusunda dəyirmi masa da keçiriləcək və tədbirə həm iqtidar, həm də müxalifət nümayəndələri dəvət ediləcək. Dəyirmi masada iştirak etmək üçün Azərbaycanın siyasi partiya və təşkilatlarına ünvanlanan müraciətdə isə bildirilib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ətrafında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında gedən danışıqların detalları prezident İlham Əliyev tərəfindən açıqlandıqdan sonra cəmiyyətdə məsələnin mahiyyəti haqda müxtəlif fikirlər formalaşıb. Əslində isə bu problem milli birlik ideyası ilə öz həllini tapa bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR