Bank Of Baku

ABŞ səfiri Ann Dersi: “Hərbi-siyasi məsləhətləşmələrin keçirilməsi üçün ABŞ-la Azərbaycanı qane edən tarix müəyyənləşdirilir”

ABŞ səfiri Ann Dersi: “Hərbi-siyasi məsləhətləşmələrin keçirilməsi üçün ABŞ-la Azərbaycanı qane edən tarix müəyyənləşdirilir”
# 08 may 2007 14:14 (UTC +04:00)
“Mən çox şadam ki, Azərbaycan və ABŞ ikitərəfli hərbi-siyasi məsləhətləşmələrin başqa tarixə keçirilməsi barədə razılığa gəliblər”. APA-nın məlumatına görə, bu fikirləri ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Ann Dersi söyləyib. Xanım Dersi keçiriləcək hərbi-siyasi məsləhətləşmələri çox mühüm hadisə adlandırıb: “Bu, çox mühüm danışıqlardır. Bu danışıqlarda çoxsaylı məsələlər müzakirə olunacaq və prosesdə bir sıra nazirliklərin nümayəndələri iştirak edəcəklər. Hazırda məsləhətləşmələrin keçirilməsi üçün hər iki tərəfi qane edəcək tarix müəyyənləşdirilir. Əsas məsələ odur ki, danışıqlar baş tutacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR