Bank Of Baku

Mayın 12-də Tiflisdə Heydər Əliyevin büstünün açılış mərasimi keçiriləcək

Mayın 12-də Tiflisdə Heydər Əliyevin büstünün açılış mərasimi keçiriləcək
# 08 may 2007 14:19 (UTC +04:00)
Mayın 12-də Tiflisin Abanotubani məhəlləsində yerləşən parkda Heydər Əliyevin büstünün açılış mərasimi keçiriləcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, büstün hazırlanması Azərbaycan tərəfinin ayırdığı vəsait hesabına həyata keçirilib. Heydər Əliyevin adını daşıyan parkda abadlıq işləri üçün isə Tiflis meriyası vəsait ayırıb. Büstün açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı gözlənilir. 11-12 mayda Krakovda keçiriləcək enerji sammitində iştirak edəcək dövlət başçısı büstün açılış mərasiminə qatılmaq üçün Polşadan Gürcüstana gələcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR