Bank Of Baku

Azər Qasımov: “Rəsmi Qahirə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini birmənalı şəkildə dəstəkləyir”

Azər Qasımov: “Rəsmi Qahirə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini birmənalı şəkildə dəstəkləyir”
# 08 may 2007 14:37 (UTC +04:00)
Prezidentin mətbuat xidmətinin rəhbəri Azər Qasımov dövlət başçısının Misir Ərəb Respublikasına rəsmi səfərinin yekunlarına həsr olunan mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, A. Qasımov Misirdə Azərbaycan prezidenti İlham Əliyevin səfərinə yüksək önəm verildiyini bildirib. Onun sözlərinə görə, səfər zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan 12 sənəd imzalanıb ki, bu da dövlətlərin gələcək əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək. A. Qasımov, həmçinin, səfər çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin müzakirə edildiyini, rəsmi Qahirənin bu məsələdə Azərbaycanın mövqeyini birmənalı şəkildə dəstəklədiyini deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda iki ölkənin nazirləri səviyyəsində qarşılıqlı səfərlər həyata keçiriləcək. Bundan başqa səfər zamanı Misir parlamentinin sədri Azərbaycana səfər dəvət olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR