Bank Of Baku

Ədliyyə Nazirliyində Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü qeyd edilib

Ədliyyə Nazirliyində Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü qeyd edilib
# 08 may 2007 15:59 (UTC +04:00)
Bu gün Ədliyyə Nazirliyində mərhum prezident Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü qeyd edilib. Bu barədə APA-ya nazirliyin mətbuat xidmətindən bildirilib. Ədliyyə işçiləri Fəxri Xiyabanda H. Əliyevin məzarını ziyarət edib, nazirlikdə yaradılan muzeydə olub, eks-prezidentin büstü önünə gül-çiçək dəstələri qoyublar. Mərasimi açan ədliyyə naziri Fikrət Məmmədov Heydər Əliyevin fəaliyyəti və xidmətlərindən danışıb. Milli Məclisin üzvü Mübariz Qurbanlı, ədliyyə işçiləri çıxışlarında H. Əliyevin Azərbaycan dövlətçiliyin təşəkkülündə xidmətlərindən söz açıblar. Nazirliyin kino zalında mərhum prezidentin həyat və fəaliyyətinə həsr edilən filmlər nümayiş etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR