Bank Of Baku

Vladimir Putin 9 may Qələbə günü münasibətilə MDB dövlət başçılarına təbrik məktubu göndərib

Vladimir Putin 9 may  Qələbə günü münasibətilə MDB dövlət başçılarına təbrik məktubu göndərib
# 08 may 2007 17:00 (UTC +04:00)
Rusiya prezidenti Vladimir Putin faşizm üzərində qələbənin 57-ci ildönümü münasibətilə Müstəqil Dövlətlər Birliyinə daxil ölkələrin dövlət başçılarına təbrik məktubu göndərib. APA-nın məlumatına görə, Rusiya prezidenti məktubunda 9 may tarixinin daim nasizmə qarşı mübarizədə həlak olan insanların xatirəsinin anım günü olacağını bildirib: “Bizim hamımızın ümumi bayramı olan bu tarixi gün Böyük Vətən Müharibəsində böyük şücaət və rəşadət göstərərək Avropa və dünyaya azadlıq bəxş edən veteranlarımıza hörmək bəsləmək günüdür. Çətin müharibə illərində döyüşlərdə və arxa cəbhədə insanların nümayiş etdirdiyi rəşadətlə bağlı xatirələr daim yaddaşlarımızda yaşayacaq”. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da 9 may Qələbə günü münasibətilə MDB ölkələrinin xarici işlər nazirlərinə təbrik teleqramı göndərib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR