Bank Of Baku

Bu gün Azərbaycanda 9 may-Qələbə Günü qeyd olunur

Bu gün Azərbaycanda 9 may-Qələbə Günü qeyd olunur
# 09 may 2007 09:12 (UTC +04:00)
Bu gün Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur.
Qeyd edək ki, bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçiblər. Bu müharibədə 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif ediliblər. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bunyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxlarının adı bu müharibənin baş verdiyi digər ölkələrdə də qeyd olunur. Bu müharibədə Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox 23,5 millyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71.4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milliyon ton neft, 22 milliyon ton benzin və başqa neft məhsulları veriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR