Bank Of Baku

AMEA-nın müxbir üzvü Fəridə Məmmədova: “Quba və Neftçalada üzə çıxarılan məzarlıqla bağlı tibbi ekspertizanın rəyi açıqlanmalıdır”

AMEA-nın müxbir üzvü Fəridə Məmmədova: “Quba və Neftçalada üzə çıxarılan məzarlıqla bağlı tibbi ekspertizanın rəyi açıqlanmalıdır”
# 10 may 2007 09:25 (UTC +04:00)
“Quba və Neftçalada tapılan məzarlığın 1918-ci ildə ermənilərin Azərbaycanda törətdiyi qırğınların nəticəsi olduğuna şübhə eləmirəm. Amma alimlərin fikrindən öncə, Quba və Neftçalada aşkarlanan məzarlıqla bağlı tibbi ekspertizanın rəyi açıqlanmalıdır. Onda bizim sözümüzün əsası olar. Tibbi ekspert rəyi bizim üçün yox, xaricilər, dünya elmi, mətbuatı üçün son dərəcə vacibdir ”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Fəridə Məmmədova deyib. Onun sözlərinə görə, ərazidə geniş elmi tədqiqat aparılmalı, bir sıra alim və mütəxəssislər birgə çalışmalıdır. F. Məmmədovanın fikrincə, belə araşdırma isə yalnız dövlət komissiyasının tərkibində baş tuta bilər: “Dövlət komissiyasının yaranması elə də asan məsələ deyil. Hay-küy salmaqdansa, daha elmi, əsaslı nəticə ortaya çıxarmaq lazımdır. Bu məsələdə kiçik bir diletantlıq olsa, əlimizə düşən bu fürsəti bütünlüklə itirə bilərik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR