Bank Of Baku

Milli Parkda Heydər Əliyevin doğum günü münasibətilə “Gül bayramı” keçirilir

Milli Parkda Heydər Əliyevin doğum günü münasibətilə “Gül bayramı” keçirilir
# 10 may 2007 15:07 (UTC +04:00)
APA-nın məlumatına görə, “Gül bayramı”nda Bakının rayonlarının məktəb, bağça və körpələr evinin əl işləri sərgilənib. Sərgidə güllərdən düzəldilən “Heydər Əliyev-84”, “Azərbaycanın xəritəsi”, “Azərbaycanın gerbi”, “Qız qalası”, “Bizim meyvə bağımız”, “Kənd həyatı”, “Qu gölü”, “Nağıllar aləmində”, “Günəş”, “Bakı-Tiflis-Ceyhan” neft kəmərinin maketi və digər əsərlər nümayiş etdirilib.
Ənənəvi olaraq hər il keçirilən bu bayramda 300-ə yaxın əl işi, rəsm əsəri, balıq qulaqlarından düzəldilmiş müxtəlif nümunələr sərgilənir. Milli Parkda balaca rəssamlar asfalt üzərində rəsmlər də çəkirlər.
Qeyd edək ki, “Gül bayramı” münasibəti ilə bu gün axşam Milli Parkda konsert proqramı da təşkil olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR