Bank Of Baku

Dağıstanın nümayəndə heyəti Xaçmaza gəlib

Dağıstanın nümayəndə heyəti Xaçmaza gəlib
# 10 may 2007 09:57 (UTC +04:00)
Mayın 10-da Dağıstan Respublikasının milli siyasət, informasiya və xarici əlaqələr naziri Eduard Urazayevin başçılıq etdiyi, Dərbənd Şəhər İcra Hakimiyyətinin başçısı Qurban Qurbanov və digər rəsmilərdən ibarət nümayəndə heyəti Xaçmaz rayonuna səfərə gəlib. APA-nın şimal bürosunun məlumatına görə, səfərdə məqsəd Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etməkdir. Samur sərhəd-keçid məntəqəsindəki rəsmi qarşılanmadan sonra qonaqlar Xudat şəhərində Heydər Əliyev adına muzeyi və mərhum prezidentin abidəsini ziyarət ediblər. Xaçmaz Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Yetkin Mehmanov APA-ya bildirib ki, dağıstanlı qonaqlar Xaçmaz şəhərində Heydər Əliyevin abidəsi önünə və Şəhidlər Xiyabanına əklil qoyduqdan sonra yeni inşa edilən “Dostluq” abidəsinin açılışına və Heydər Əliyev adına parkda keçiriləcək izdihamlı konsert proqramına da qatılacaqlar. Bayram tədbirində Xaçmaz RİH başçısı Şəmsəddin Xanbabayev, Milli Məclisin deputatı Lalə Abbasova və rayon ictimaiyyətinin nümayəndələri də iştirak edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR