Bank Of Baku

Mərkəzi Seçki Komissiyası üçün yeni inzibati bina ayrılıb

Mərkəzi Seçki Komissiyası üçün yeni inzibati bina ayrılıb
# 10 may 2007 10:15 (UTC +04:00)
MSK rəhbərliyinin qurum üçün yeni bina tikintisi ilə bağlı hökumətə müraciətindən sonra Nazirlər Kabineti Müstəqil Azərbaycan Universitetinin Ayna Sultanova heykəlinin yaxınlığına yerləşən keçmiş binasının MSK-ya verilməsi barədə qərar qəbul edib. 6 mərtəbəli binanın bütünlüklə MSK-ya verilməsi və həmçinin “Seçkilər” İnformasiya Mərkəzinin də bu binaya köçürülməsi nəzərdə tutulub. Hazırda binada baş nazirin müavini Abid Şərifovun rəhbərliyi təmir işlərinin aparıldığı bildirilir. MSK sədri Məzahir Pənahov APA-ya açıqlamasında MSK-nın yeni binaya köçməsi ilə bağlı prosesin davam etdiyini deyib: “Bu istiqamətdə işlər gedir, amma bu barədə mətbuata açıqlama vermək hələ tezdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR